SON DƏQİQƏ
» » Fiziki məhdudiyyətli şəxslər avtomobil sürə bilərmi? - AÇIQLAMA

Fiziki məhdudiyyətli şəxslər avtomobil sürə bilərmi? - AÇIQLAMA

Tarix:

28-01-2019, 09:28

/ 10 264 dəfə oxundu.
Fiziki məhdudiyyətli şəxslər avtomobil sürə bilərmi? - AÇIQLAMA

Ölkə ərazisində nəqliyyat vasitələrini idarə edənlər arasında müxtəlif insanlara rast gəlinir. Sürücülər arasında qəza nəticəsində əlini, ayağını, görmə qabiliyyətini itirən şəxslər də var. Təbii ki, sürücülük vəsiqəsi üçün sağlamlıq haqqında sənəd tələb edilir.

Məsələ bu insanların sürücülük vəsiqələrini sağlam olanda almasına baxmayaraq, müəyyən qəzalardan sonra sükan arxasında oturmasıdır.

Bəs bu məsələ qanunla tənzimlənirmi? Onların belə vəziyyətlərdə nəqliyyat vasitəsi idarə etmələri həm özləri, həm də başqaları üçün təhlükə yaradırmı?

Oxu.Az-ın suallarını Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev cavablandırıb.

Onun sözlərinə görə, bu məsələ birbaşa həkim yoxlanışından sonra təyin edilə bilər:

“Yol Hərəkəti Haqqında Qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarə etmə hüququ) 3-cü bəndində ölkə ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmə hüququnun yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırılması qeyd olunub.

Birinci hal şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitdiyi haldır, bu halda müvəqqəti olaraq nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ məhdudlaşdırılır. İkinci hal yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən qaydada şəxs beş ildən çox olmayaraq, məhdudiyyətə düşür.

Üçüncü bənddə xəstəlik, fiziki qüsurlar nəzərdə tutulur ki, müalicə olunana qədər və ya fiziki qüsur tam aradan qaldırılana qədər məhdudiyyət qoyulur. Sözügedən xəstəliklər, fiziki qüsurlar isə Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyətləri tərəfindən müəyyən edilir. Onlara bu istiqamətdə məlumatlar Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən göndərilir.

Ümumiyyətlə, fiziki qüsurlu sürücülərin vəziyyəti ilə bağlı yekun qərar həkim rəyi əsasında formalaşır. Həmin sürücülərə həkim tərəfindən nəqliyyat idarə etmək üçün heç bir qadağa yoxdursa, bu halda nə sürücülərin, nə də ətrafdakı insanların həyatı üçün heç bir təhlükə gözlənilmir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ