SON DƏQİQƏ

Şəkər tozunun keyfiyyəti yoxlanılırmı?

Tarix:

10-01-2019, 19:00

/ 10 272 dəfə oxundu.
Şəkər tozunun keyfiyyəti yoxlanılırmı?

 

Son dövrlərdə həkimlər həyəcan təbili çalırlar ki, ay nə bilim, şəkər işlətməyin, ət çox yeməyin, ziyanlıdır. Toyuq əti çox yeməyin, balıq yeyin və s.

Hansı balıqdan - göl balığından, hovuzlarda saxlanılan bakteriyalı balıqdan ya çay, ya okean balığından? Həkimlər niyə demirlər ki, əvvəlki şəkərlə indiki şəkərin tərkibini öyrənmək lazımdır.

Qocalarımız vaxtilə hər səhər şirin çayla motal pendirini dürmək edərək 80-90 il gümrah yaşayıblar. İndi isə nə pendirin, nə çayın,nə də yağın tamını hiss edə bilmirik. Onda ət, toyuq, süd, şəkər nə oldu ki, xəstəlik mənbəyinə çevrilib? Yaxşı olar ki, yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi istehsal olunan şəkərin, müxtəlif duru yağların tərkibini, xaricdən gətirilən kərə yağlarına mənşəyi bilinməyən qatqıları qarışdırmaqla insanları xəstəliyə düçar eləyən səbəbləri üzə çıxartsınlar.

Dövlət 40 günə 2 kiloqrama qədər çəki verən toyuqların necə şişirdilməsini araşdırıb ciddi tədbirlər görməlidir.

30-40 il əvvəl nə şəkərli diabet, nə ürək-qan damar, nə də onkoloji və digər xəstəliklər indiki kimi çoxalmırdı.

Ayılın! İşbazlar! Millətə qənim kəsilməyin. Keyfiyyətli, qatqısız ekoloji cəhətdən təmiz məhsul istehsal edin.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ