SON DƏQİQƏ

OPEK baş katibi Natiq Əliyevi belə xatırladı

Tarix:

3-01-2019, 16:35

/ 10 288 dəfə oxundu.
OPEK baş katibi Natiq Əliyevi belə xatırladı

Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşdırılmasında aparıcı rol oynayır.

GunAz.az xəbər verir ki, bu barədə trend -ə təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib vurğulayıb: "Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək".

M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.

OPEK baş katibi Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevi xatırlayıb: "Mərhum nazir (sabiq energetika naziri) Natiq Əliyevin xatirəsini xüsusi hörmətlə anmaq və demək istərdim ki, əməkdaşlıq haqqında Bəyannamənin hazırlanmasında Natiq Əliyev əsas şəxs olmuşdu".

Qeyd edək ki, OPEK+ çərçivəsində Azərbaycan 2019-cu ilin yanvarından sutkalıq neft hasilatının 20 min barrel olmaqla, 776 min barrelə qədər azaltmaq barədə üzərinə öhdəlik götürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ