SON DƏQİQƏ
» » Naxçıvanda Yeni il: Talıbov ailə üzvləri ilə bayram şənliyində

Naxçıvanda Yeni il: Talıbov ailə üzvləri ilə bayram şənliyində

Tarix:

1-01-2019, 16:25

/ 10 288 dəfə oxundu.
Naxçıvanda Yeni il: Talıbov ailə üzvləri ilə bayram şənliyində

Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərin qonaqları Həmrəylik bayramını və Yeni ilin gəlişini qeyd ediblər.

GunAZ.az Azərtac-a istinadla xəbər verir ki, Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulub, al-əlvan işıqlarla bəzədilmiş şəhər bayram libasına bürünüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb.

Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ