"Aqşin qəza keçirməyib, tamamilə yalandır”. Bu sözləri qəza keçirdiyi və reanimasiyaya yerləşdirildiyi deyilən saz ifaçısı Aqşin Taryeloğunun atası deyib.
Yenicag.az-a açıqlama verən ata oğluna görə qohum-əqrəbanın da narahat olduğunu bildirib:
"Qohum- əqraba zəng edir, hamısı narahatdır. Deyirəm qorxmayın, heç nə olmayıb”.
Zaur Kamal qəzaya uğrayan avtomobil fotosu paylaşıb. Aparıcı fotonu "Allah kömək olsun Aqşinə” şərhi ilə paylaşıb.