SON DƏQİQƏ
» » Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Tarix:

7-12-2018, 12:00

/ 10 307 dəfə oxundu.
Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Azərbaycanda qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulacaq.

GunAz.az-ın məlumatına görə, bu, baş nazir Novruz Məmmədov tərəfindən təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulub.

Dəfn üçün hər bir qəbir üzrə beş kvadratmetr sahə ayrılacaq. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır. 

Azərbaycan Respublikası vətəndaşının xarici ölkədən gətirilmiş və ya bu Qaydalara uyğun olaraq kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzün divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur. 

Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə dörd litrə qədər olmalıdır. Formasından asılı olmayaraq, urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş və ya metaldan hazırlanır. 

Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ