SON DƏQİQƏ
» » Qəbiristanlıqların salınması qaydası dəyişdi

Qəbiristanlıqların salınması qaydası dəyişdi

Tarix:

7-12-2018, 09:35

/ 10 277 dəfə oxundu.
Qəbiristanlıqların salınması qaydası dəyişdi

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib.

GunAz.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli qanununun tətbiqi haqqında” Azərbaycan prezidentinin 2018-ci il 18 yanvar tarixli Fərmanının 3-cü hissəsinə əsasən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqləyib

Yerli icra hakimiyyəti orqanlarına bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə üç ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər