SON DƏQİQƏ

Qarabağa virtual səyahət

Tarix:

24-11-2018, 14:18

/ 10 287 dəfə oxundu.
Qarabağa virtual səyahət

Qusar rayon Heydər Əliyev Mərkəzində "Yaddan çıxmaz Qarabağ" mövzusunda keçirilən elmi-praktik konfransın iştirakçıları Qarabağa virtual səyahət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə Əməkdar mədəniyyət işçisi Fatimə Ağamirzəyevanın təqdimatında Qarabağ bölgəsinə aid "Xan tirməsi", "Nəlbəki gül", "Yaz çiçəkləri", "Malıbəyli", "Vərni" xalçaları nümayiş olunub.

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Qarabağın tarixinin, mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən və bu kimi tədbirlərin gənclərimizin hərbi-vətənpərvərlik hisslərinə, mübarizə əzminə müsbət təsirindən danışıb.

"Qarabağa virtual səyahət" adlı təqdimatda bu bölgənin qədim tarixi, yaşayış məskənləri, erməni işğalının xronologiyası barədə ətraflı məlumat verilib.

Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə igidlik, rəşadət göstərən qəhrəmanlardan, Azərbaycan Ordusunun qüdrətindən danışılıb, məktəbli Ofeliya Əsədova əsgər qardaşına ünvanladığı məktubu oxuyub.

Konfransda Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar nümayəndəsi David İbramxəlilov, Qarabağ müharibəsi iştirakçısı Canəli Hümmətov, şəhid ailəsi adından Sevda Sultanova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin ordumuzun gücləndirilməsi istiqamətində apardığı islahatlardan, şəhid ailələrinə dövlət qayğısından söz açıblar.

Tədbirin sonunda "Qarabağ sizin üçün nə ifadə edir?" mövzusunda aparılan yazılı sorğuda fərqlənən məktəblilər mükafatlandırılıb və vətənpərvərliyi, Vətənə sevgini tərənnüm edən şeirlər səsləndirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ