SON DƏQİQƏ

Qubaya qar yağır

Tarix:

12-11-2018, 16:20

/ 10 303 dəfə oxundu.
Qubaya qar yağır

Noyabrın 12-də səhər saatlarından başlayaraq Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

GunAz.az xəbər verir ki, hazırda yağmaqda davam edən qarın hündürlüyü Qubanın Xınalıq kəndində 2-3 santimetrə çatıb.

Kənd sakinləri yağıntının getdikçə çoxaldığını bildiriblər.

Qeyd edək ki, Quba rayonuna bu ilin ilk qarı oktyabrın 6-da yağıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ