SON DƏQİQƏ

Qar uçqunu yolların bağlanmasına səbəb olub

Tarix:

20-02-2018, 15:34

/ 1 151 dəfə oxundu.
Qar uçqunu yolların bağlanmasına səbəb olub

Gecə saatlarından başlayaraq yağan aramsız qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.

Gunaz.az məlumat verir ki, Xınalığın icra nümayəndəsi Nəsimi Məmmədov həmin istiqamətdə kəndlərlə nəqliyyat əlaqəsinin kəsildiyini bildirib.

“Quba-Xınalıq yolu qar uçqununa görə bağlanıb. Hazırda əraziyə texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Çox güman ki, axşama kimi işlər yekunlaşacaq”.

Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ