SON DƏQİQƏ

Yağış yağacaq, külək əsəcək - Faktiki hava

Tarix:

1-11-2018, 10:53

/ 10 273 dəfə oxundu.
Yağış yağacaq, külək əsəcək - Faktiki hava

Noyabrın 1-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 01-i gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.  

скачать dle 12.1

Şərhlər