SON DƏQİQƏ
» » Yağış yağacaq, külək əsəcək - Sabahın HAVASI

Yağış yağacaq, külək əsəcək - Sabahın HAVASI

Tarix:

17-11-2017, 11:55

/ 1 058 dəfə oxundu.
Yağış yağacaq, külək əsəcək - Sabahın HAVASI

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Gunaz.az-a verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ