SON DƏQİQƏ
» » Dünyada 2035-ci ilə qədər 5 milyon insan işini itirəcək

Dünyada 2035-ci ilə qədər 5 milyon insan işini itirəcək

Tarix:

25-10-2018, 18:28

/ 10 260 dəfə oxundu.
Dünyada 2035-ci ilə qədər 5 milyon insan işini itirəcək

“Əvvəllər təyyarə, antibiotik istehsalına maraq yüksək idisə, bu gün 3 d çap, nanotexnologiyalar, süni zəka dəbdədir”.

GunAz.az xəbər verir ki, bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün dövlət süni zəkaya daha çox sərmaye yatırır: “Məlumata görə, 2035-ci ilə qədər süni zəkaya 85 milyard ABŞ dolları yatırılacaq. Lakin bəzi alimlərin fikirlərinə görə, süni zəka və texnologiyanın inkişafı həmçinin zərər də gətirə bilir. Hesablamalara görə 2035-ci ilə qədər 5 milyon insan, 2055-ci ilə qədər işləyənlərin 50 faizi öz işini itirəcək. Bu da süni zəkanın inkişafı ilə bağlıdır. Bu prosesin qarşısını almaq üçün yaradıcı sahənin inkişafının təşviqini vacib hesab edirik. Bununla yanaşı qeyd etməliyik ki, artıq süni zəka sistemləri muxtar şəkildə işləyə və hətta yardıcı sahədə fəaliyyət göstərə bilərlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ