SON DƏQİQƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Tarix:

25-10-2018, 14:27

/ 10 258 dəfə oxundu.
İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yenikənd su anbarında balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən GunAz.az -a verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ