SON DƏQİQƏ

Qanunsuz balıq ovlayan şəxs tutuldu

Tarix:

3-10-2018, 15:31

/ 10 511 dəfə oxundu.
Qanunsuz balıq ovlayan şəxs tutuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Baş Mil-Muğan Kollektorun Saatlı rayonu ərazisindən keçən hissəsində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən GunAz.az -a bildiriblər ki, araşdırma zamanı brakonyerin Saatlı rayon sakini Xəyal Behbudov olduğu müəyyən edilib. Ondan müxtəlif növ balıqlar və ov aləti götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 649 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ