SON DƏQİQƏ

Balıq ovlayan şəxslər saxlanılıb

Tarix:

1-10-2018, 14:47

/ 10 328 dəfə oxundu.
Balıq ovlayan şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri, Bağlar qəsəbəsi istiqamətində qadağan olunmuş sintetik torla balıq ovlayan şəxslər saxlanılıb.

Nazirlikdən GunAz.az -a verilən məlumata görə, araşdırma zamanı icazəsiz ov edən şəxslərin Sumqayıt şəhər sakinləri Kamran Xudaverdiyev və İlham İsmayılov olduğu müəyyən edilib, onlardan balıq və ov alətləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ