SON DƏQİQƏ

Zakir Həsənov Çexiyaya səfər edəcək

Tarix:

16-10-2018, 11:34

/ 10 332 dəfə oxundu.
Zakir Həsənov Çexiyaya səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çexiyalı həmkarının dəvəti ilə oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq.

Bu barədə GunAz.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

скачать dle 12.1

Şərhlər