SON DƏQİQƏ

Zakir Həsənov Özbəkistana səfər edəcək

Tarix:

10-10-2018, 11:34

/ 10 284 dəfə oxundu.
Zakir Həsənov Özbəkistana səfər edəcək

Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə GunAz.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

скачать dle 12.1

Şərhlər