SON DƏQİQƏ
» » “Lifttəmir” İB-da yoxlamalar davam etdirilir - Kamran Əliyev

“Lifttəmir” İB-da yoxlamalar davam etdirilir - Kamran Əliyev

Tarix:

9-10-2018, 10:51

/ 10 388 dəfə oxundu.
“Lifttəmir” İB-da yoxlamalar davam etdirilir - Kamran Əliyev

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır.

Report xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, mütəxəssislətdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər