SON DƏQİQƏ
» » Bu ölkədə azərbaycanlılar sürətlə azalır - STATİSTİKA

Bu ölkədə azərbaycanlılar sürətlə azalır - STATİSTİKA

Tarix:

1-10-2018, 12:49

/ 10 304 dəfə oxundu.
Bu ölkədə azərbaycanlılar sürətlə azalır - STATİSTİKA

1989-cu ildən bu vaxta qədər Gürcüstanda yaşayan və dərs deyən azərbaycanlıların, həmçinin azərbaycandilli məktəblərin sayında ciddi azalma müşahidə olunur.

GunAz.az axar.az -a istinadla xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O bildirib ki, hazırda Gürcüstanda işləyən müəllimlərin 80 faizi təqaüdçüdür və orada ciddi şəkildə kadr çatışmazlığı var.

Gürcüstandakı soydaşlarımızın təhsil aldığı milli məktəblərimizin statistikası:

1989-cu il - 183 məktəb.

1999-cu il - 167 məktəb.

2009-cu il - 124 məktəb.

2014-ci il - 117 məktəb.

2018-ci il - 80 məktəb

Gürcüstandakı milli məktəblərdə çalışan müəllim soydaşlarımızın sayı:

1989-cu il - 6922 nəfər.

1999-cu il - 4481 nəfər.

2009-cu il - 3777 nəfər.

2018-ci il - 3628 nəfər.

K.Əsədov onu da qeyd edib ki, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 3-də saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstandakı soydaşlarımızın təhsil problemləri müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, tələbə adını qazana bilməyib. Buna səbəb kimi onların məhdudiyyətsiz sayda ixtisas seçimi imkanı olduğu halda, az sayda ixtisas seçməsi göstərilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ