SON DƏQİQƏ
» » Müdafiə Nazirliyindən Ermənistana SƏRT XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən Ermənistana SƏRT XƏBƏRDARLIQ

Tarix:

25-09-2018, 10:43

/ 10 259 dəfə oxundu.
Müdafiə Nazirliyindən Ermənistana SƏRT  XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb.

GunAz.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə bəyanatda bunlar yer alıb:

"Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ