SON DƏQİQƏ

Müdafiə Nazirliyi BƏYANT YAYDI

Tarix:

23-04-2018, 18:40

/ 10 325 dəfə oxundu.
Müdafiə Nazirliyi  BƏYANT YAYDI

Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Gunaz.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

скачать dle 12.1

Şərhlər