SON DƏQİQƏ
» » Ov qaydalarını pozan əcnəbilərin sayı açıqlandı

Ov qaydalarını pozan əcnəbilərin sayı açıqlandı

Tarix:

7-09-2018, 11:58

/ 10 289 dəfə oxundu.
Ov qaydalarını pozan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda 16 xarici vətəndaş ov qaydalarını pozub.

GunAz.az oxu.az -a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ovçuluğun təşkili və ov mövsümü ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xarici vətəndaşlar ov qaydalarına riayət etməlidirlər:

“Ötən il dörd, əvvəlki ildə isə 12 xarici vətəndaş ov qaydalarını pozublar. Hazırda quş ovu mövsümünə start verilib. Ov mövsümü may ayının sonunda artıq açıq elan olunub. Bizim qurum hər zaman heyvanların, quşların çoxalma dövrünü nəzərə alır. Lakin təcrübə göstərir ki, yerli və xarici ovçular daha çox quş ovunda maraqlıdır. Odur ki, avqustun 24-dən quş ovuna start verilib.

Oktyabr ayından isə bataqlıq quşlarının ovuna icazə veriləcək. Ovçular icazələrin artımını bizdən xahiş edirlər. Ancaq ov icazəsi ovçuların sayına və icarəyə görə müəyyən edilmir. Bu, təbiətdə balansı poza bilər”.

Hikmət Əlizadə bildirib ki, xarici vətəndaşlar müvafiq şirkətlərin köməyi ilə qurumun nümayəndəliklərinə yaxınlaşırlar və məsələ həll olunur:

“Onlar Azərbaycan qanunlarını bilmir. Həmin şirkətlər öhdəlik götürməlidir ki, vətəndaş gələcək və qanunlara uyğun ov bileti olmalıdır. O, nazirliyinə müraciət edir, rüsumu ödəyir və ov icazəsini əldə edir. Nazirliyin 10 ov təsərrüfatı var. Təbii ki, bu, bizi qane etmir”.

скачать dle 12.1

Şərhlər