SON DƏQİQƏ

Taksi dayanacaqları LƏĞV EDİLİR

Tarix:

21-08-2018, 12:56

/ 10 368 dəfə oxundu.
Taksi dayanacaqları LƏĞV EDİLİR

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.

GunAz.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

скачать dle 12.1

Şərhlər