SON DƏQİQƏ
» » Müdafiə naziri ön xətt bölmələrində olub-FOTOLAR

Müdafiə naziri ön xətt bölmələrində olub-FOTOLAR

Tarix:

1-08-2018, 09:36

/ 10 294 dəfə oxundu.
Müdafiə naziri ön xətt bölmələrində olub-FOTOLAR

Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olub.

GunAz.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ