SON DƏQİQƏ
» » Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi

Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi

Tarix:

19-03-2018, 16:36

/ 10 330 dəfə oxundu.
Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Nazirliyin Mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ