SON DƏQİQƏ
» » Prezident Emin Sabitoğlunun qızına yüksək vəzifə verdi

Prezident Emin Sabitoğlunun qızına yüksək vəzifə verdi

Tarix:

30-07-2018, 19:23

/ 10 400 dəfə oxundu.
Prezident Emin Sabitoğlunun qızına yüksək vəzifə verdi

Prezident İlham Əliyev Ceyran Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamla Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Ceyran Mahmudova 1964-cü ildə Bakıda doğulub. Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsi, bəstəkar Emin Sabitoğlunun qızıdır. Xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının professorudur.

"Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.

Bundan əvvəl universitetin rektoru Fərəh Əliyeva idi.

Fərəh Əliyeva tanınmış mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun qızıdır.

O, 11 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ