SON DƏQİQƏ
» » Yeni marşrut xətləri fəaliyyətə başladı-FOTO

Yeni marşrut xətləri fəaliyyətə başladı-FOTO

Tarix:

21-07-2018, 13:07

/ 10 473 dəfə oxundu.
Yeni marşrut xətləri fəaliyyətə başladı-FOTO

Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi – “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Yeni marşrut xətləri fəaliyyətə başladı-FOTO

 

Yeni marşrut xətləri fəaliyyətə başladı-FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ