SON DƏQİQƏ

Meyvəli beze tortu – HAZIRLANMA QAYDASI

Tarix:

9-07-2018, 12:44

/ 10 434 dəfə oxundu.
Meyvəli beze tortu – HAZIRLANMA QAYDASI

Meyvə və şirniyyatı hər birimiz çox sevirik.GunAz.az-ın  bu dəfə verəcəyi meyvəli beze tortunda siz sevdiyimiz hər iki şeyə eyni anda qovuşacaqsınız.

Vəsaitlər:

5 ədəd yumurta ağı
1 stəkan şəkər tozu
1 çay qaşığı vanil
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası

Kremi üçün:
 

200 ml qaymaq

3 xörək qaşığı pudra şəkəri

Hazırlanması:

Sobanı 180 dərəcədə qızdırın. Yumurta ağlarını dərin bir qabın içinə qırın və mikserlə tamamilə köpənə qədər çırpın. Şəkər tozunu yumurta ağının içinə tökərək çırpmağa davam edin.

Sonra nişasta və sirkəni də əlavə edib bir az daha çırpın.

Alınan qarışımı soba qabının içinə, altına yağlı kağız sərərək tökün. Tökülən yumurta ağlarının hündürlüyü yarım barmaq olmalıdır. 

Onu sobada 40 dəqiqə bişirin.

Kremi üçün pudra şəkəri və qaymağı çırpın. 

Üzərinə qoyacağınız meyvələri hazırlayın. 

Keksin üzərinə kremi tökün və meyvələri düzüb servis edin.

Nuş olsun!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ