Qlobal istiləşmə ilə əlaqədar pətəklərin həddindən artıq isinməsi yaxın illərdə bütün qitələrdə arıların kütləvi şəkildə qırılmasına yol açacaq.
GunAz.az xəbər verir ki, ekoloqların bu haqda bədbin elmi məqaləsi “Functional Ecology” jurnalında dərc olunub.
“Yer planetində temperatur belə yüksək templə artmağa davam etsə arılar nəslin kəsilməsi təhlükəsi ilə üzləşə bilər. Ən qızmar regionlarda məskən salmış arılar tamamilə yoxa çıxacaq. Belə bir perspektiv bizi düşünməyə vadar edir və qorxudur”, -deyə Evanston şəhərinin Şimal-Qərb universitetinin alimi Pol Karadonna bildirib.
Son illər alimlər Antarktidadan savayı bütün qitələrdə evə və vəhşi arıların populyasiyasının əhəmiyyətli dərəcədə azalmasını qeydə alıb. Son 5-10 il ərzində vəhşi arıların populyasiyası 25-30 faiz, ev arıları isə təkcə ABŞ-da 2015-ci il ərzində iki dəfə azalıb.
Arıların kütləvi qırılmasına qlobal istiləşmədən savayı, arıların qanadlarını deformasiya edən “Varroa” cinsindən olan parazitik gənələr, pestisidlər təsir göstərir. Bundan başqa müəmmalı “müstəmləkə süqutu” sindromu da mövcuddur. Belə olan hallarda işçi arılar qəfildən səbəbsiz şəkildə kraliça arını və pətəyi tərk edir.(Oxu.az)