SON DƏQİQƏ

Alkoqol satışına dair qanunda DƏYİŞİKLİK

Tarix:

27-06-2018, 08:00

/ 10 236 dəfə oxundu.
Alkoqol satışına dair qanunda DƏYİŞİKLİK

Futbol azarkeşləri gələn mövsümdən Çempionlar Liqası və Avropa Liqası matçlarında spirtli içki ala biləcəklər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi avrokubok oyunlarında alkoqol satışına dair qanuna dəyişiklik edib.

İndi alkoqol məhsullarının stadionlarda satışı oyunları qəbul edən ölkələrin qanunvericiliyinə uyğun həyata keçiriləcək.

Lakin ingiltərəli azarkeşlər UEFA-nın etdiyi düzəlişdən narazı qala bilərlər. Böyük Britaniya qanunvericiliyinə əsasən, azarkeşlərin tribunalarda alkoqol qəbul etmələri qadağandır. Bu səbəbdən, onlar spirtli içkiləri yalnız tribunaların altında qəbul edə bilərlər.

Qeyd edək ki, UEFA alkoqol məhsullarının stadionlarda və digər meydanlarda satışına 2000-ci ildən qadağa qoymuşdu.

Yeri gəlmişkən, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Ona görə də bu yenilik Azərbaycan üçün xüsusi önəmə malikdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ