SON DƏQİQƏ

Ağac kəsən şəxs 2500 manat cərimələndi

Tarix:

22-06-2018, 12:30

/ 10 356 dəfə oxundu.
Ağac kəsən şəxs 2500 manat cərimələndi

Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, daxil olan şikayət əsasında nazirliyin əməkdaşları araşdırma aparıb.

Araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkarlanıb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.

скачать dle 12.1

Şərhlər