Ağac kəsən şəxs 2500 manat cərimələndi
Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, daxil olan şikayət əsasında nazirliyin əməkdaşları araşdırma aparıb.
Araşdırma zamanı sözügedən ərazinin mühafizə zolağında köküstə yaş 1 ədəd iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkarlanıb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib.