Gunaz.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas deyib.
O bildirib ki, bir neçə il bundan öncə Boloniya sisteminə keçirildi. "Bu təhsil sisteminin o qədər başına oyun açırlar ki, özləri də bilmirlər. Oyun gedir və hələ də gedəcək”.
Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi.
"Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.
Ona görə uşaq məktəbə gedəndə ata-anası onu aparır. Bildiyimiz kimi, yeni təhsil naziri təyin olunub. Təzə nazir də gəlib deyəcək ki, dərslər iyunun 30-na qədər olsun. Xahiş edirəm, bu qaldırdığım məsələlərə baxılsın”.