SON DƏQİQƏ
» » Azərbaycanda bəzi yerlərdə sürüşmələr aktivləşib

Azərbaycanda bəzi yerlərdə sürüşmələr aktivləşib

Tarix:

11-06-2018, 16:26

/ 10 276 dəfə oxundu.
Azərbaycanda bəzi yerlərdə sürüşmələr aktivləşib

Son günlər ölkə ərazisində intensiv yağışların yağması nəticəsində müəyyən yerlərdə lokal sürüşmə prosesi baş verir. 

Bu barədə Gunaz.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Şamaxı-İsmayıllı bölgəsində müəyyən müşahidələr aparılıb: “Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmə sahəsində müəyyən aktivlik müşahidə edilir. Şamaxı rayonunun girəcəyində 48 A məhəlləsində, Olimpiya komleksi ilə üzbəüz küçədə də aktivlik qeydə alınıb. Həmin əraziyə yaxın salınmış Şəhidlər abidə komleksində müəyyən yerlərdə çatlar əmələ gəlib. İsmayıllının Ticran kəndində sürüşmə sahəsində müəyyən aktivlik var. Həmçinin Lahıc kəndindən 7 kilometr yuxarıda olan bir neçə kənddə sürüşmə prosesləri müşahidə edilir”.

Ə.Qaralov Bayıl dərəsində baş verən sürüşmədən sonra aparılan araşdırma işlərinin başa çatdığını və hesabatın Nazirliyə təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, Bayılda vəziyyət stabildir, təhlükəli vəziyyət mövcud deyil.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ