SON DƏQİQƏ

Sürüşmə sahələri aktivləşib

Tarix:

3-07-2017, 15:58

/ 2 850 dəfə oxundu.
Sürüşmə sahələri aktivləşib

Ötən ay respublikanın bir sıra ərazilərində müəyyən günlərdə müşahidə edilən yağışlı hava şəraiti sürüşmə sahələrində aktivliyə səbəb olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə görə, Şamaxı şəhərində 46-A məhəlləsində, Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliyində sürüşmə sahələrində uçqun, axma tipli sürüşmə hadisəsi qeydə alınıb.
"Bakı-Ağsu aşırımının 132-156-cı kilometrliyində də uçqun halları baş verib. Muğanlı, Çuxuryurd sürüşmə sahələrində nisbi aktivlik qeydə alınsa da, Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-26 sürüşmə sahəsi, Ağsuçayda baş vermiş sel səbəbindən Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsi tamamilə sıradan çıxıb.
Abşeron rayonunda Masazır sürüşmə sahəsində M.İbrahimov küçəsi və "Zəli gölü” ətrafında uçqun və sürüşmə sahəsində aktivlik müşahidə edilib. Sabunçu rayonunda Daş karxanası adlanan ərazi və Maştağa, Zabrat, Qala qəsəbəsində aktivlik qeydə alınıb”.
Ə.Qaralov bildirib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11,23-24, 27-29-cu sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb.Zəmayə sürüşmə sahəsində aktivlik müşahidə edilib. Mövcud çatlarda genişlənmə qeydə alınıb: "Xankəndi, Basqal-Sulut avtomobil yolunun 10-cu km-də sürüşmə sahəsində də aktivlik qeydə alınıb. Astara rayonunda Kjəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 6,7,8 və 10-cu kilomerliyində, Miki sürüşmə sahəsində aktivlik müşahidə edilib. Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliyində ay rəzində uçqun və sürüşmə müşahidə edilib. Bu yolun 17-19-cu kilometrliklərində isə yağıntılar səbəbindən sürüşmə dinamikasında lokal sahələrdə aktivlik qeydə alınıb. Gəgiran sürüşmə sahəsində də atmosfer çöküntüləri səbəbindən bir neçə yerdə uçqun tipli sürüşmə və çökmə halları qeydə alınıb. Masallı rayonunda Güllütəpə, Zuvand sürüşmə sahələrində də atmosfer çöküntüləri sürüşmə sahələrini aktivləşdirib.
Cəlilabad rayonunda Sadatlı, həmçinin Cəlilabad-Gərgan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar, Qarazəndə mövcud sürüşmə sahələrinin dinamikasında nisbi aktivləşmə müşahidə edilib. Gədəbəydə Şahdağ, Pirdağ, Daşbulaqçay, Arıqıran sürüşmə sahələrində də aktivlik qeydə alınıb. Şabran rayonunda Surra, Qazbabalı, Qubada Küsnət sürüşmə sahələri, Quba-Xınalıq yolunun 37-46-cı kilometrliyində, Quba-Qonaqkənd yolunun 37-40-cı kilometrliyində bir neçə yerdə nisbi aktivlik müşahidə edilib”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər