SON DƏQİQƏ

Şamaxı yenə sürüşür- SON DURUM

Tarix:

11-05-2018, 08:21

/ 10 302 dəfə oxundu.
Şamaxı yenə sürüşür- SON DURUM

Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.

Gunaz.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, sürüşmə sahələrində qeydə alınan mövcud çatların parametrlərində genişlənmə müşahidə edilir. Ümumilikdə, bu sürüşmə sahələrindəki aktivlik təbii amillərlə izah oluna bilər.

Ekspedisiya rəisi əlavə edib ki, nazirliyin mütəxəssisləri tərəfindən adları çəkilən ərazilərdə monitorinqlər həyata keçiriləcək.

Ə.Qaralov qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində, Abşeron rayonu Masazır qəsəbəsindəki Zəli gölü adlanan sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində aktivlik müşahidə edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ