SON DƏQİQƏ

Sabah Bakıda 26 dərəcə isti olacaq

Tarix:

9-06-2018, 14:24

/ 10 230 dəfə oxundu.
Sabah Bakıda 26 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti olacaq. 
Atmosfer  təzyiqi  756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət  gecə 70-80%, gündüz 45-50 % olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu  21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz  27-32, dağlarda gecə 6-11,  gündüz  12-17 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ