SON DƏQİQƏ

Əlifba bayramının möcüzələri - FOTO

Tarix:

8-06-2018, 23:49

/ 10 884 dəfə oxundu.
Əlifba bayramının möcüzələri - FOTO

Bakı şəhəri, Xəzər rayonunn Şağan qəsəbəsi 124 saylı tam orta məktəbin 1-ci sinif müəllimi Tapdıqova Elmira sinifində Əlifba bayramını uşaqlar üçün əsil möcüzə janrında hazırlamışdı.

Tədbirdə ilk olaraq balacalar himnimizi səsləndirdilər. Sonra aparıcı qız çıxış edərək tədbirin proqramı və məktəbin ənənələri barədə danışdı, sonra uşaqlar müəlliməyə aid “Əldə qələm tutmağı” mahnısını oxudular. Tədbirdə müəllimə çıxış edərək öz sevinc və fərəh dolu təəsüratlarını bölüşdü. Uşaqlar qız-oğlan “Naz eləmə” rəqsini oynadılar. Səhnəyə əlifba hərfləri gəldi. Balacaların hər birisi əllərində tutduqları rəngarəng əlifba hərfləri ilə səhnədə gözəl bir mənzərə yaratdı. Onlar öyrəndikləri maraqlı şerlərini və rəqəmlərə aid tapmacaları dedilər. Sonra balacalar “Tərəkəmə”, “Lalələr” rəqsi ilə səhnəyə çıxaraq səhnə möcüsəsi yaratdılar. Məktəbin direktoru Abdullayeva Sevda müəllimə və direktor müavini Xəyalə müəllimə uşaqları əlifba bayramı münasibətilə təbrik etdi. Onlar bildirdilər ki, hər belə tədbir məktəb üçün əsl bayrama çevrilir. Tədbirin sonunda uşaqlar müxtəlif rəqslərlə bayramı sona vurdular.

Elvin

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ