SON DƏQİQƏ
» » “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

Tarix:

1-11-2017, 14:00

/ 1 629 dəfə oxundu.
“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış filoloq, tarixçi, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub.

Gunaz.az xəbər verir ki, müəllifin “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından olan bu əsəri “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olubAzərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının protokoluna əsasən “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Ə.Tağıoğlu kitabda çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Nəşrdə dünyanın görkəmli dilçi alimlərinin gəldikləri son nəticəni ümumiləşdirən müəllif yazır ki, tarixdə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” və “erməni yazısı” olmayıb. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Fikrinin təsdiqi üçün yaxın tarixi hadisəni xatırladan Ə.Tağıoğlu bildirir ki, “erməni yazısı”nın qədim mənşəyini gizlətmək məqsədilə yerli əhalinin gözləri qarşısında Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruhçu dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur.

Təqdimat mərasimində Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından danışıb.

M.Nağısoylu bildirib ki, Əjdər Tağıoğlunun “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı erməni ideoloqların başqa xalqların tarixini saxtalaşdırmasını sübut edən növbəti əsərdir. Azərbaycanlı alimin ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitabının əhəmiyyətini qeyd edən Dilçilik İnstitutunun direktoru nəşrin başqa dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb.

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olubTədbirdə filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqov, tarix elmləri doktoru Qasım Hacıyev və başqaları erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd ediblər. Bildirilib ki, ermənilərin məkrli siyasətinin, qəddarlığının dünya ictimaiyyətinə çatdırılması üçün bu cür kitabların yazılmasına ehtiyac var.(AZƏRTAC)

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

“Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabının təqdimatı olub

 

скачать dle 12.1

Şərhlər