SON DƏQİQƏ
» » Rayon avtobuslarında gediş haqqı artırılacaq? - Rəsmi açıqlama

Rayon avtobuslarında gediş haqqı artırılacaq? - Rəsmi açıqlama

Tarix:

7-06-2018, 19:35

/ 10 252 dəfə oxundu.
Rayon avtobuslarında gediş haqqı artırılacaq? - Rəsmi açıqlama

Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir.

Gunaz.az azvision.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O, sərnişin daşıma zamanı alınan biletlə sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olması məsələsinə də aydınlıq gətirib: "Bu individual yanaşmadır. Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu hamısına şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".

E.Vəlizadə, həmçinin qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər