SON DƏQİQƏ

Bu çimərliklərə GETMƏYİN - XƏBƏRDARLIQ!

Tarix:

1-06-2018, 11:47

/ 10 241 dəfə oxundu.
Bu çimərliklərə GETMƏYİN -  XƏBƏRDARLIQ!

Bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliyindən istifadə etmək məqsədəuyğun hesab edilmir.

Gunaz.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən çimərliklərdə dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu qeydə alınıb.

M.Qəmbərov bildirib ki, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizi zolağında və çimərlik ərazilərində monitorinqlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ