SON DƏQİQƏ
» » “Məqsədimiz kəndi ələ keçirmək idi” – Alışanova yeni ittiham

“Məqsədimiz kəndi ələ keçirmək idi” – Alışanova yeni ittiham

Tarix:

29-05-2018, 16:57

/ 10 601 dəfə oxundu.
“Məqsədimiz kəndi ələ keçirmək idi” – Alışanova yeni ittiham

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz edib.

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Daha sonra Şücayət Əkbərov zərərçəkmiş qismində tanınan Arif Alışanovun məhkəmə baxışına gətirilməsini və AzTV sədri gətirilənə qədər məhkəmə baxışının təxirə salınmasını tələb edib.

Hakim bildirib ki, Arif Alışnovun məhkəməyə dəvət edilməsi ilə bağlı ona məlumat verilib. Hakim Arif Alışanovun məhkəməyə gəlməsi üçün yenə də bildiriş göndəriləcəyini deyib.

Daha sonra şahid qismində Şamaxı rayonunda icra nümayəndəsi vəzifəsində çalışan Abı Həsənov ifadə verib. O bildirib ki, oğlu Bəhruz Həsənovun adına olan torpaq sahəsini Şücayət Əkbərova satıb: “Oğlumun 2 hektar 30 sot torpağı var idi. Hektarını 50 min manata Şücayətə satdıq”.

Şahid deyib ki, Şücayət Əkbərov onu işdən çıxartdirmaq istəyib.

Şücayət Əkbərov isə şahidin dediklərini təsdiqləyib. Bildirib ki, Arif Alışanov və onlar Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat veriblər: “Həmçinin digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Səbəb kəndi ələ keçirmək olub”.

Digər şahid Səlim Sadıqov bildirib ki, təqsirləndirilən Şücayət Əkbərovun keçmiş qaynıdır: “Şücayətin odlu silah gəzdirməsindən, onun Arif Alışanova sui-qəsd etməsindən xəbərim yoxdur. Şücayətlə yaxın münasibətim olmayıb, o, həmişə vəzifədə işləyib”.

Şahid qismində ifadə verən Nəriman Cabbarov deyib ki, 30 hektar torpağı 120 min manata Hacı Babayevə satıb: “Hacı Şücayətlə bir yerdə gəlmişdi. Onu bir dəfə görmüşəm”.

Növbəti proses iyunun 1-də davam edəcək.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev, onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.

Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.

Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.

Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, onu cinayətin törədiləcəyi vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumatlandırıb.

Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdar etməyə imkan tapmayıb.

Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb.

скачать dle 12.1

Şərhlər