SON DƏQİQƏ
» » Azərbaycanda bu Agentliyinin səlahiyyətləri artırılır

Azərbaycanda bu Agentliyinin səlahiyyətləri artırılır

Tarix:

25-05-2018, 11:40

/ 10 244 dəfə oxundu.
Azərbaycanda bu Agentliyinin səlahiyyətləri artırılır

Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.

Gunaz.az-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir.

Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ