SON DƏQİQƏ
» » Onlara 11 min manat nə vaxt ödəniləcək? - Video

Onlara 11 min manat nə vaxt ödəniləcək? - Video

Tarix:

25-05-2018, 08:20

/ 10 282 dəfə oxundu.
Onlara 11 min manat nə vaxt ödəniləcək? - Video

Şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün tam şəffaf sistem yaradılıb. Buna hüququ çatanlar təkcə notariusa müraciət etməklə yardımı ala biləcək.

Bu barədə Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov danışıb.

Azərbaycan Prezidentin fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim ediləcək. Bu siyahı dəqiqləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdiriləcək.

Adı siyahıda qeyd edilən vətəndaşlar hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, şəhidin ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, vərəsəlik hüququnu təsdiq edən sənəd və ödənişi almaq üçün bank hesabını təqdim etməklə yardımı ala biləcək. Bu sənədləri daha tez təqdim edənlər, daha tez ödəniş ala biləcəklər.

Qeyd edək ki, ilkin hesablamalara görə, bu vəsait 9 minə yaxın şəhidin varisinə veriləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

скачать dle 12.1

Şərhlər