SON DƏQİQƏ
» » Aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi qaydası dəyişdi

Aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi qaydası dəyişdi

Tarix:

17-02-2018, 06:44

/ 987 dəfə oxundu.
Aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi qaydası dəyişdi

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edib.

ONN media-nın məlumatına görə, dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.

Bununla əlaqədar Qaydaların da adı dəyişdirilib və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" adlandırılıb. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ