SON DƏQİQƏ
» » Bu tarixdən 15 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır

Bu tarixdən 15 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır

Tarix:

14-05-2018, 14:50

/ 10 249 dəfə oxundu.
Bu tarixdən 15 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır

Sabahdan etibarən 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

 

Gunaz.az  xəbər verir ki, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək. 

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ