SON DƏQİQƏ

Bir gündə 92 cinayət- RƏSMİ

Tarix:

10-05-2018, 10:30

/ 10 249 dəfə oxundu.
Bir gündə 92 cinayət- RƏSMİ

2018-ci il may ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat  açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Gunaz.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.

Məlumatda, həmçinin qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.

скачать dle 12.1

Şərhlər