SON DƏQİQƏ

Zakir Həsənov hərbçiləri mükafatlandırdı

Tarix:

9-05-2018, 18:01

/ 10 310 dəfə oxundu.
Zakir Həsənov hərbçiləri mükafatlandırdı

İzmir şəhərində keçirilən "Efes-2018" beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

Müdafiə Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri Azərbaycan hərbçilərinin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan "Efes-2018" təlimlərində Azərbaycan ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ