SON DƏQİQƏ

Gələn ayın qeyri-iş günləri AÇIQLANDI

Tarix:

3-05-2018, 15:30

/ 10 470 dəfə oxundu.
Gələn ayın qeyri-iş günləri AÇIQLANDI

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Gunaz.az  xəbər verir ki, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ